• Bakı C

    2.33 m/s

  • USD - 1.7

    EUR - 1.7766

    RUB - 1.7015

Husilər ABŞ esminesini VURDU

DÜNYA

02 Dekabr 2024 | 00:21

Husilər ABŞ esminesini VURDU

Yəməndəki husi üsyançıları Ərəbistan dənizində ABŞ-ın esminesinə və təchizat gəmilərinə zərbələr endiriblər.

Bakıvaxtı.az xəbər verir ki, bu açıqlama ilə qiyamçıların hərbi nümayəndəsi Yəhya Sariya çıxış edib.

Onun sözlərinə görə, hücum Ərəbistan dənizi və Ədən körfəzində 16 ballistik və qanadlı raket, eyni zamanda pilotsuz uçan aparat vasitəsilə həyata keçirilib.

Belə ki, “Stena Impeccable” tankeri, “Maersk Saratoga” konteyner gəmisi və “Liberty Grace” yük daşıyan gəmisi atəşə tutulub.

O əlavə edib ki, husilər Qəzza zolağına qarşı hərəkətlər dayandırılana qədər ABŞ və İsraillə əlaqəli gəmilərə hücumlarını davam etdirəcəklər.


SON XƏBƏRLƏR

24 Yanvar 2025