• Bakı 17° C

    1.96 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Zurabişvilidən Batumidəki etirazçılara ÇAĞIRIŞ

DÜNYA

02 Dekabr 2024 | 00:43 | Müəllif: Subhan Mahmudov

Zurabişvilidən Batumidəki etirazçılara ÇAĞIRIŞ

Gürcüstan Prezidenti Salome Zurabişvili Konstitusiya Məhkəməsinin binasının yerləşdiyi Batumi şəhərində etirazçıları məhkəməyə təzyiq etməyə çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, Zurabişvili bunu axşam keçirdiyi brifinq zamanı bildirib.

"Biz təkcə konstitusiya çərçivəsində qalmırıq, lakin bu axşam Batumidə başlayacaq ilk şey Konstitusiya Məhkəməsinə təzyiqdir", - Zurabişvili qeyd edib.

Qeyd edək ki, 28 noyabrda Baş nazir İrakli Kobaxidze AB-yə üzvlük danışıqlarının 2028-ci ilə qədər dayandırıldığını bildirib. Bunun ardınca Zurabişvili “konstitusion çevriliş” olduğunu əsas gətirərək, hamını aksiyaya səsləyib.

Müxalifət Tiflisdə aksiyalara başlayıb və hələ də davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026