• Bakı C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.7969

    RUB - 1.5741

Tiflisdə gərginlik: Polis etirazçılara qarşı su şırnaqlarından istifadə edir - YENİLƏNİB + VİDEO

DÜNYA

01 Dekabr 2024 | 23:27

Tiflisdə gərginlik: Polis etirazçılara qarşı su şırnaqlarından istifadə edir - YENİLƏNİB + VİDEO

Tbilisidə parlament binası qarşısında hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarına qarşı su şırnaqlarından istifadə ediblər.

Bakıvaxtı.az bildirir ki, eyni zamanda aksiya iştirakçıları hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı pirotexniki vasitələrdən istifadə etməkdə davam edir.

Qeyd edək ki, aksiya iştirakçıları hakim "Gürcü Arzusu" partiyasının Gürcüstanın Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar məsələsini 2028-ci ilə qədər dayandırmasına etiraz edirlər.

 

18:41

Dünənki aksiya və iğtişaşlar nəticəsində Gürcüstan parlamentində 48 iş otağa ziyan dəyib.

Bakıvaxtı.az APA-ya istinadən bildirir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib.

Şalva Papuaşvili qeyd edib ki, binanın aşağı mərtəbələrində demək olar ki, bütün pəncərələr sınıb, istilik sistemi və ofis avadanlığı sıradan çıxıb, taxta qapılardan biri yanıb. O cümlədən kompüter laboratoriyasına da ziyan dəyib, yeməkxana tamamilə dağıdılıb.

 

08:00

Tbilisidə dünən axşamdan başlayan etiraz aksiyaları hələ də davam edir.

Bakıvaxtı.az bildirir ki,  periodik olaraq polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanır.

Polis xüsusi təyinatlı dəstələri parlamentin ərazisindən Opera Teatrı istiqamətində hərəkətə keçiblər və aksiya iştirakçılarına xəbərdarlıq edilib.

Polis qüvvələrini zirehli maşınlar izləyir. Hüquq mühafizə orqanların əməkdaşları etirazçıların süni barrikadalar qurduğu Çavçavadze küçəsində hərəkət edirlər.

Rustaveli prospekti və Lagidze küçəsi də polislər tərəfindən mühasirəyə alınıb.

Bundan başqa Azadlıq meydanı Daxili İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar Departamentinin əməkdaşları, həmçinin xüsusi texnikalar tərəfindən mühafizə olunur.


06:17

Gürcüstan polisi Tbilisidə parlament binası qarşısındakı aksiya iştirakçılarının əksəriyyətini ərazidən uzaqlaşdırıb.

Bakıvaxtı.az  bildirir ki, polis qüvvələri etirazçıları ərazidən uzaqlaşdırmaq üçün su şırnağından istifadə edib.

Etirazçıların böyük əksəriyyəti Rustaveli prospektini tərk ediblər.

Bir qisim aksiya iştirakçısı isə aksiyanı davam etdirmək üçün yaxın ərazilərdə gözləyir.

Polis aksiya iştirakçılarından bəzilərini saxlayıb.

 

01:21

Tiflisdə polis parlament binasının ətrafındakı etirazçılara müdaxilə etməyə başlayıb.

Xüsusi təyinatlı polis dəstələri parlament binasının girişlərini tutmağa çalışan etirazçıların ərazidən çıxarılmasına başlayıb.


00:34

Gürcüstan parlamentinin binasında yanğın başlayıb.

Bakıvaxtı.az bildirir ki, Gürcüstan parlamentinin binasındakı yanğın etirazçılar tərəfindən törədilib.

 

23:30

Aksiyaçılar parlament binası önündə barrikadalar qurublar.

Bakıvaxtı.az xəbər verir ki, nümayişçilər dəmir laylar qoyaraq, onu yaxınlıqdakı səkilərdən qoparılan dəmir skamyalarla möhkəmləndiriblər. Onların sözlərinə görə, bu yolla xüsusi təyinatlılara və su şırnaqlarına müqavimət göstərmək istəyirlər. Hələlik polislə toqquşma olmayıb.

Qeyd edək ki, aksiyalar 28 noyabrda Baş nazir İrakli Kobaxidzenin AB-yə üzvlük danışıqlarının 2028-ci ilə qədər dayandırıldığını elan etməsindən sonra başlayıb. 3 gündür davam edən aksiyalarda polislə toqquşmalar olub, onlarla etirazçı saxlanılıb.

Aksiyalara Prezident Zurabişvili də ciddi dəstək verir.

 

22:32

Tiflisdə hökumət əleyhinə keçirilən aksiyanın iştirakçıları parlament binasının şüşələrini daşla sındırıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Mitinq başlayandan dərhal sonra aksiya iştirakçılarının bəzilərinin hərəkətləri zorakılığa çevrilib, xüsusən də etirazçılar daş və digər əşyalarla qanunverici orqanın binasının onlarla pəncərə şüşəsini qırıblar”, - məlumatda deyilir.

Nazirlik bildirib ki, bəzi mitinq iştirakçılarında pirotexniki vasitələr, daşlar və müxtəlif ağır əşyalar olub.

“Bir daha aksiyanın hər bir iştirakçısını öz etirazlarını qanuni, dinc formada bildirməyə və qanunsuz hərəkətlərə əl atmamağa çağırırıq”, - deyə DİN əlavə edib.

Bu arada, parlament binasını qorumaq üçün əraziyə xüsusi təyinatlılar yeridilib.

Qeyd edək ki, aksiyalar 28 noyabrda Baş nazir İrakli Kobaxidzenin AB-yə üzvlük danışıqlarının 2028-ci ilə qədər dayandırıldığını elan etməsindən sonra başlayıb. 3 gündür davam edən aksiyalarda polislə toqquşmalar olub, onlarla etirazçı saxlanılıb.

Aksiyalara Prezident Zurabişvili də ciddi dəstək verir.


SON XƏBƏRLƏR

01 Dekabr 2024