• Bakı 19° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Rusiyadan AŞPA-ya xəbərdarlıq

DÜNYA

19 Aprel 2021 | 19:44

Rusiyadan AŞPA-ya xəbərdarlıq

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Aleksey Navalnı məsələsində Rusiyaya təzyiq göstərmək cəhdləri Rusiyanın daxili işlərinə müdaxilə kimi qəbul ediləcək və Moskvanın bu təşkilatla əməkdaşlığına təsir göstərəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri Leonid Slutski Teleqram hesabında yazıb.

"AŞPA yaz sessiyasının açılışında Aleksey Navalnının məsələsinə təcili debatlar formatında baxılmasını təsdiqlədi. Müzakirə 22 aprel iclasında baş tutacaq", - Slutski bildirib.

Slutski deyib ki, bütün bunlar Rusiyanın məhkəmə sisteminə təzyiq göstərmək cəhdindən başqa bir şey deyil.(axar.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026