“Ukraynaya silah və hərbçi göndərən ölkələr məsuliyyət daşıyırlar. Biz bu barədə öz səfirliklərimiz vasitəsilə məlumat vermişik. Diplomatlarımız mövqeyimizi açıq şəkildə ifadə ediblər”.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Qərbin Kremlə qarşı ayrı-seçkilik siyasəti yürütdüyünü deyən Zaxarova Rusiya XİN-in Ukraynaya silah və hərbçi göndərən ölkələrə xəbərdarlıq etdiyini vurğulayıb.
“Qərbin bizə qarşı ayrı-seçkilik siyasətini dayandırmaq üçün çoxlu imkanları var idi. Lakin onlardan istifadə etmək istəmədi. Biz Qərbin bu siyasəti ilə razılaşmayacağıq. Biz əvvəl yumşaq siyasət yolunu tutduq, amma sonra daha sərt ritorikaya keçdik. Çünki Qərb bizi başa düşmədi”, - deyə XİN-in sözçüsü bildirib.
















