• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Çin dövlətləri bu cür asılı vəziyyətə salır

DÜNYA

08 Aprel 2022 | 12:00 | Müəllif: Qalib İbrahimoğlu

Çin dövlətləri bu cür asılı vəziyyətə salır

“Çinin maliyyə resursları tükənməzdir. Pekin bir çox halda ondan borc və kredit istəyənləri boş geri qaytarmır. İlk baxışdan bu, Çindən borc və kredit istəyən dövlətlər üçün cəlbedici görünür, ancaq həmin ölkələr sonrakı proseslərdə ciddi itkilərlə üzləşirlər. Borc qaytarıla bilmədikdə strateji müəssisələr Çinin nəzarətinə keçir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq qeyd edib ki, Şri-Lanka 22 milyon əhalisi olan ada dövlətidir, uzun illər bu ölkədə terror tüğyan edib, minlərlə günahsız insan həlak olub: “Şri-Lankada terrorun kökü kəslindən sonra yerli hökumət iqtisadi problemlərin həllinə girişib. Hazırda Şri-Lankada vəziyyət yenidən ağırlaşıb. Hökumət istefaya göndərilib. Küçələrdə etiraz edən insanlar prezidentin də istefasını tələb ediblər. Çünki ölkədə inflyasiya artıb, insanların alıcılıq qabiliyyəti azalıb, evlərə elektrik verilməsində ciddi problemlər yaranıb. Pandemiya Şri-Lankanın keçmişdə gəlirli olan turizm sekrorunu da çökdürüb. Belə vəziyyətdə Şri-Lanka qonşu ölkələrdən kredit almaq məcburiyyətində qalıb. Hindistan 1 milyard dollar kredit verib. Ancaq bu kredit Şri-Lankanın xarici borcları ödəməyə kifayət etməyib”.

E. Şahinoğlu bildirib ki, Şri-Lankanın ən böyük borcu Çinədir: “Borcun miqdarı 8 milyard dollardır. Pekin illər boyu bu ada dövlətinə müxtəlif kreditlər verib. Hazırda ada dövləti Çinə olan borcunu qaytara bilmir. Ölkənin ümumi borcu isə 81 milyard dollara çatıb. Ölkənin valyuta ehtiyatı cəmi 2 milyard dollardır, təkcə bu il kreditlər üzrə 7 milyard dollar borc qaytarılmalıdır. Çin artıq Şri-Lankaya kömək etmək istəmir. Şri-Lanka rəsmilərinin çinli həmkarlarıyla görüşləri və xahişləri də nəticə verməyib. Şri-Lankanın Çinə borcu qaytara bilməməsi ada dövlətini Pekindən asılı vəziyyətə salacaq. Pekinin məqsədi də elə budur”.

Onun sözlərinə görə, Çin “Böyük İpək Yolu” layihəsi vasitəsilə müxtəlif dövlətlərə, o cümlədən Şri-Lankaya borc verib, ada dövlətinin limanlarına kreditlər ayrılıb. Şri-Lanka borcu ödəyə bilməsə, strateji limanlar Çinin nəzarətinə keçəcək: “Çin son illərdə bölgənin digər ölkələri - Myanmaya, Malayziyaya və Nepala da kifayət qədər borc verib. Bu ölkələrdə də iqtisadi vəziyyət qənaətbəxş deyil. Ekspertlər bu ölkələrin də Şri-Lanka kimi borc bataqlığına girərək Pekindən asılı vəziyyətə düşəcəyi qənaətindədirlər”.

Nuranə Daxilqızı

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026