• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiyanın müharibədəki itkiləri açıqlandı  

SİYASƏT

12 Sentyabr 2022 | 15:24

Rusiyanın müharibədəki itkiləri açıqlandı

“Ordumuz 200 gündə düşmənin 2000-dən çox tankını, 4500 zirehli döyüş maşınını, 1000-dən çox artilleriya sistemini, 250 təyyarəsini və 200 helikopterini, 1500-ə yaxın pilotsuz təyyarəsini məhv edib. Xüsusən də düşmənlərdən uğurla azad etdiyiniz Xarkov vilayətində, düşməni uğurla dəf etdiyiniz Donetsk vilayətində. Bu gün Ukraynanın şimalında, cənubunda və şərqində hər kəs ordunun uğurunu görür və qeyd edir. Düşmən panikaya düşür. Ukrayna öz ordusu ilə fəxr edir, ona inanır, onun üçün dua edir, gözləyir”.

Bakıvaxtı.az xəbər verir ki, Ukrayna prezidenti Zelenski bazar günü verdiyi açıqlamada 2000 kilometrlik əraziyə nəzarətin əldə edildiyini və bütün Donetsk bölgəsini geri alacaqlarını bildirmişdi.

Zelenski deyib: “Biz bunu yaxşı göstəririk. Bütün Donetsk bölgəsi azad ediləcək, Ukrayna torpaqlarımızın hər yerində olması lazım olduğu kimi yenidən təhlükəsiz və xoşbəxt olacaq. Rusiya yalnız kədər və əzab gətirdi. Sülh olacaq. Sülh Ukrayna bayrağı ilə, ordumuzla gələcək. Sentyabrın əvvəlindən aktiv fəaliyyətlər çərçivəsində indiyədək 2 min kilometrə yaxın ərazimiz azad edilib”.

Aytac Aslan  


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026