• Bakı 10° C

    10.41 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Rusiyanın neft ixracı azalacaq

DÜNYA

03 Noyabr 2023 | 17:34

Rusiyanın neft ixracı azalacaq

Rusiyanın neft və neft məhsullarının ixracı may-iyun dövrünün orta göstəricisi ilə müqayisədə noyabrda sutkada 300 min bareldən çox azalacaq.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Energetika Nazirliyindən bildirilib. Məlumata görə, Rusiya Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC-ə daxil olmayan neft hasil edən ölkələrdən ibarət OPEC+ qrupunun atdığı könüllü addımlarda tam şəkildə iştirak etməkdə davam edir.

Bildirilib ki, Rusiya qlobal neft bazarını sabitləşdirmək üçün neft və neft məhsullarının tədarükünü azaltmağa davam edir: “Hesablamalarımıza görə, neft və neft məhsulları ixracımız noyabr ayında may-iyun dövrünün orta göstəricisi ilə müqayisədə sutkada 300 min bareldən çox azalacaq”.

Açıqlamada bildirilib ki, daxili bazara neft və neft məhsulları, o cümlədən anbarlar üzrə tədarük artıb.

Rusiya aprel ayında gündəlik neft hasilatını 500 min barel, avqustda isə neft ixracını gündəlik 300 min barrel azaldıb.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026