Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı açıqlanıb.
Bakıvaxtı.az xəbər verir kİ, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, döyüşlər nəticəsində Rusiyanın 21 900 hərbçisi zərərsizləşdirilib.
Qeyd olunub ki, bundan başqa, hücum edən tərəfin 884 ədəd tankı, 2 258 ədəd zirehli döyüş maşını, 411 ədəd artilleriya sistemi, 149 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 69 hava hücumundan müdafiə sistemi, 181 ədəd hərbi təyyarəsi, 154 ədəd helikopteri, 1 566 ədəd nəqliyyat vasitəsi, 8 ədəd gəmi/kateri, 76 ədəd yanacaq çəni, 201 ədəd dronu, 28 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib.
Ramid İbrahimov

















