• Bakı 22° C

    2.39 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Sabah hava necə olacaq? - PROQNOZ

CƏMİYYƏT

27 Dekabr 2021 | 12:37 | Müəllif: Qalib İbrahimoğlu

Sabah hava necə olacaq? - PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında dekabrın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Bakıvaxtı.az-a ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Verilən məlumata görə, şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 8-11° isti olacaq. Bakıda gecə 1-3° isti, gündüz 8-10° isti olacaq.

Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Rayonlarda da hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR