• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Hökməlidə "patı" satan şəxs saxlanılıb - VİDEO

CƏMİYYƏT

26 Yanvar 2022 | 12:09 | Müəllif: Subhan Mahmudov

Hökməlidə "patı" satan şəxs saxlanılıb - VİDEO

Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Hökməli qəsəbəsində həyata keçirdikləri növbəti tədbir nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan daha bir nəfər saxlanılıb. Əməliyyat zamanı həmin qəsəbədə yaşayan Elvin Əlipşanov tutulub. Üzərində şəxsi axtarış aparılan zaman ondan 43 ədəd hazır bükümlər formasında satış üçün qablaşdırılan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilib.

Bakıvaxtı.az xəbər verir ki, Elvin Əlipşanov ifadəsində heroini sosial şəbəkələr vasitəsi ilə tanış olduğu şəxsdən əldə etdiyi bildirib. O, Hökməli və ətraf qəsəbələrdə narkotik vasitələrin satışı ilə məşğul olduğunu qeyd edib. Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026