• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Zavodun gözətçisinin başına daş vurub pulunu oğurladılar

CƏMİYYƏT

26 Yanvar 2022 | 12:11 | Müəllif: Subhan Mahmudov

Zavodun gözətçisinin başına daş vurub pulunu oğurladılar

Bakıda zavodun gözətçisinə xəsarət yetirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Nəqliyyatda Baş Polis İdarəsinə yanvarın 17-də saat 22:00 radələrində Biləcəri qəsəbəsi ərazisində bir nəfərin Bakı Vaqon Təmiri Zavodunun gözətçisi H.Ağayevin baş nahiyəsinə daş parçası ilə xəsarət yetirərək cibindən 540 manat pulunu götürməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər də soyğunçuluq və quldurluğa görə məhkum olunmuş S.Xudaverdiyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR