Şabran rayonunda baş verən qəzada ölən və yaralanan şəxslərin kimliyi açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, Qəza nəticəsində Bakı şəhər sakini - 1997-ci il təvəllüdlü Kazımova Xədicə Elçin qızı hadisə yerində ölüb.
Bakı şəhər sakini, 2023-cü il təvəllüdlü Nuray Kazımova, Xaçmaz şəhər sakinləri - 1976-ci il təvəllüdlü Kazımova Zümrüd Hüseyn qızı və 1994-cü il təvəllüdlü Kazımov Vüqar Eldar oğlu ağır bədən xəsarətləri alıblar. Onlar Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
***
15:06
Bakı-Quba Rusiya sərhədi ödənişli avtomobil yolunda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə yolun Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
"Hyundai" markalı avtomobil idarəetmənin itirilməsi səbəbindən yolun kənarına aşıb.
Qəza nəticəsində bir qadın hadisə yerində dünyasını dəyişib. Sürücü və avtomobildə olan iki sərnişin yaralanıb.
Yaralananlar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
















