• Bakı 11° C

    1.12 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Şahzadə Şarlin saraydan ayrılıb?

DÜNYA

27 Avqust 2023 | 20:51

Şahzadə Şarlin saraydan ayrılıb?

Monako şahzadəsi II Albert və onun həyat yoldaşı şahzadə Şarlin haqqında daha bir iddia ortaya atılıb.

Bakıvaxtı.az xəbər verir ki, ilk olaraq şahzadənin rəsmi instaqram hesabı bağlanıb. Sosial şəbəkədə tez-tez 8 yaşlı əkizləri - Şahzadə Jak və Şahzadə Qabriellanın fotoşəkillərini paylaşan Şarlin son vaxtlar heç bir görüntü yayımlamırdı.

Fransa və alman mediası onun saraydan ayrıldığını və indi ərinə yalnız təyinatla baş çəkdiyini yazıb. Bildirilib ki, şahzadə yay tətilindən sonra evinə qayıtmayıb. Uşaqları və əri İsveçrədə yaşamağa başlayıb.

Xatırladaq ki, şahzadə vətəni Cənubi Afrikada bir neçə ay qaldıqdan sonra həyat yoldaşı ilə bir araya gəlməyib. Onun infeksiyaya yoluxduğu və uzun müddət müalicə aldığı deyilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026