Fövqəladə Hallar Nazirliyi (FHN) Salyanda baş verən yol qəzası barədə məlumat yayıb.
Bakıvaxtı.az nazirliyə istinadən xəbər verir ki, FHN-nin "112" qaynar telefon xəttinə Salyan rayonunun Xələc kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Muğan Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Renault” markalı minik avtomobili yol kənarındakı hasara çırpılıb və 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti zədələnmiş minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
08:41
Salyanda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az-ın APA-ya istinadla xəbərinə görə, hadisə rayonun Xələc kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 1996-cı il təvəllüdlü Məlikov Seymur Rafiq oğlu idarə etdiyi avtomobili aşırıb.
Nəticədə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.