• Bakı C

    7.33 m/s

  • USD - 1.7

    EUR - 1.994

    RUB - 2.1421

Salyanda yol qəzası - Ölən var - YENİLƏNİB

HADİSƏ

18 Dekabr 2025 | 09:56

Salyanda yol qəzası - Ölən var - YENİLƏNİB

Salyan şəhərinin girişində Kür çayının üzərində keçən köhnə körpüdə yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, “Priora” markalı avtomobil “PAZ” markalı avtomobillə toqquşub.

Nəticədə "Priora"nın sürücüsü, Neftçala rayonunun Xıllı kənd sakini, 1988-ci il təvəllüdlü İbrahimov Zeyqəm Kamil oğlu hadisə yerində ölüb. Sürücünün avtomobildə sıxılmış meyiti FHN xilasediciləri tərəfindən xüsusi avadanlığın köməyi ilə çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

09:14

Salyanda baş verən yol qəzasında bir nəfər ölüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə səhər saatlarında köhnə Ələt-Astara magistral yolunun rayonun Aşağı Kürkəndi kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb.

Hadisə yerinə FHN-nin xilasediciləri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

17 Dekabr 2025