• Bakı 11° C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Paşinyan Bakı ilə sülh sazişinin imzalanmasını yubatmaz, amma... 

SİYASƏT

28 May 2024 | 10:52 | Müəllif: Qalib İbrahimoğlu

Paşinyan Bakı ilə sülh sazişinin imzalanmasını yubatmaz, amma...

Son günlərdə baş verən proseslər Azərbaycan-Ermənistan arasında aparılan sülh danışıqlarında müəyyən nikbinlik yaradıb.

Bakıvaxtı.az-ın məlumatına görə, xüsusən, Qazaxın 4 kəndinin rəsmən Azərbaycana qaytarılması və 12.5 kilometr uzunluğunda sərhədin delimitasiya və demarkasiya edilməsi prosesin irəliləməsi ehtimalını artırıb.

ABŞ prezidenti Cozef Bayden də Azərbaycanla Ermənistan arasında sülhün təmin edilməsinə yönəlik addımları alqışlayıb. Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda Bayden sülh istiqamətində tərəflərin səylərini dəstəkləməyə hazır olduğunu vurğulayıb.

Avropa Birliyinin (AB) baş diplomatı Jozef Borrell də rəsmi X hesabında bildirib ki, Cənubi Qafqazda davamlı sülh onların ümumi məqsədidir. Diplomat Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini dəstəklədiyini bir daha bəyan edib. 

Beynəlxalq Münasibətlər və Diplomatik Araşdırmalar Mərkəzinin rəhbəri Samir Hümbətov Bakıvaxtı.az-a deyib ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqları ilə bağlı hər iki tərəfdə pozitivlik müşahidə olunur. 

Ekspertin sözlərinə görə, kənar təsirlər və Ermənistandakı məlum etirazları təşkil edən, körükləyən qüvvələr olmasa, Nikol Paşinyan hökuməti Bakı ilə sülh sazişinin imzalanmasını yubatmaz: 

"Amma məsələ ondadır ki, Ermənistan baş naziri Nikol Paşinyanı da sıxışdırırlar. Hazırda Ermənistanda keşiş Baqrat Qalstanyanın rəhbərliyi ilə etiraz aksiyaları keçirilir. Ölkənin radikal müxalifəti, revanşistlər də prosesə cəlb olunur, etirazçıları təhrik edirlər. Danışıqlar prosesində tərəflər qarşılarına qoyduqları məsələləri tam icra etməlidirlər. Məqsədə çatmaq üçün əməli addım atmalıdırlar. Ermənistan parlamentinin sədri Alen Simonyan dedi ki, İrəvan 10 noyabr üçtərəfli bəyanatının bütün bəndlərini həyata keçirməyə hazırdırlar. Yəni sülhə doğru addımlamaqda qərarlı olduqlarını iddia edirlər. Azərbaycan ilk gündən nə deyibsə, hamısını reallaşdırıb, hədəflərimiz dəyişməyib".

Samir Hümbətov: Azərbaycan ilk gündən nə deyibsə, hamısını reallaşdırıb, hədəflərimiz dəyişməyib

Müsahibimiz qeyd edib ki, Paşinyan hakimiyyətinin məruz qaldığı daxili və xarici təzyiqlər Ermənistanın verdiyi sözlərə vaxtında əməl edəcəyini sual altında qoyur:

"Erməni lobbisi İrəvan hakimiyyətinə qarşı "savaş" açıb. Amma hökumət əhalidən dəstək alır. Erməni toplumu dərk edir ki, müharibə böyük qan-qada, problem gətirir. Böyük ehtimal ki, sülhün çərçivə sənədi imzalana bilər. COP29-a qədər bunun reallaşması mümkündür".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026