• Bakı 12° C

    4.46 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

Samuxda 7 min manatlıq oğurluq - saxlanılan var

HADİSƏ

14 Mart 2025 | 09:11

Samuxda 7 min manatlıq oğurluq - saxlanılan var

Martın 8-də Samux Rayon Polis Şöbəsinə rayonun Çobanabdallı kəndində bir qrup naməlum şəxsin evlərdən birindən 7 min manat dəyərində qızıl-zinət əşyalarını və 3522 manat nağd pulu quldurluq yolu ilə talaması barədə məlumat daxil olub.

Bakıvaxtı.az DİN-in mətbaut xidmətinin məlumatına istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, 33 yaşlı İsmət Hüseynov, 23 yaşlı Ülvi Hüseynov, 24 yaşlı Rafiq Rzayev, 36 yaşlı Bəhruz Yusifov və 28 yaşlı Toğrul Salahlı maddi sübutlarla birlikdə saxlanılıblar.

    Fakta görə cinayət işi başlanıb. İstintaq hərəkətləri aparılır.


    SON XƏBƏRLƏR