Samuxda yanğın olub.
Bakıvaxtı.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın rayonun Sərkar kəndində qeydə alınıb. Ümumi sahəsi 125 kvadratmetr olan kafe kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin tavanı 15 kvadratmetr sahədə yanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
















