• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Kürdəmirdə ağır yol qəzası - xəsarət alanlar var

HADİSƏ

24 Fevral 2022 | 00:00 | Müəllif: Subhan Mahmudov

Kürdəmirdə ağır yol qəzası - xəsarət alanlar var

Kürdəmirdə ağır xəsarətlərlə nəticələnən yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Çöl-Ərəb kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "KİA" markalı avtomobilin sürücüsü Zərdab rayon sakini Hüseynov Zamiq Sarvan oğlu Kürdəmir istiqamətində hərəkətdə olarkən idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi bir neçə dəfə çevrilərək yol kənarına aşıb.

Hadisə zamanı sürücü və sərnişinlər olmaqla 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Fakt araşdırılır.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026