• Bakı 21° C

    2.94 m/s

  • USD - 1.7

    EUR - 1.9886

    RUB - 2.0473

Şavkat Mirziyoyev: TDT daxilində İqtisadi Əməkdaşlıq Şurasının yaradılmasının vaxtı çatıb

SİYASƏT

07 Oktyabr 2025 | 14:29

Şavkat Mirziyoyev: TDT daxilində İqtisadi Əməkdaşlıq Şurasının yaradılmasının vaxtı çatıb

TDT daxilində İqtisadi Əməkdaşlıq Şurasının yaradılmasının vaxtı çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə çıxışı zamanı bildirib.

"Bu gün təşkilatımız daxilində 35 sahədə əməkdaşlıq edilir. Təşkilatı daha da gücləndirmək qarşımızdakı əsas məqsəd və vəzifədir. Türk dövlətlər iarasında strateji dostluq, əməkdaşlıq sahəsində anlaşmanı qısa müddətdə imzalamağı dəstəkləyirik. Çoxtərəfli əməkdaşlığı gücləndirmək üçün 2030-cü ilə qədər yeni inkişaf strategiyasının yaradılmasını önəmli hesab edirik. Yaxın gələcəkdə yeni iqtisadi fürsətlər yaratmalıyıq",-o əlavə edib.

Özbəkistan Prezidenti vurğulayıb ki,TDT daxilində İqtisadi Əməkdaşlıq Şurasının yaradılmasının vaxtı çatıb:

"Bunun üçün Daşkənddə ofis təsis etməyə hazırıq".


SON XƏBƏRLƏR