• Bakı 10° C

    10.41 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Sayt rəhbəri HƏBS OLUNDU

CƏMİYYƏT

25 Yanvar 2024 | 17:28

Sayt rəhbəri HƏBS OLUNDU

“Demokratik.az” saytının rəhbəri Osman Nərimanoğlunun (Rzayev) cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əasən, O.Nərimanoğlu hədə-qorxu ilə tələb etməkdə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, o, 2022-ci ildə həbs edilmişdi. İttihama görə, Nərimanoğlu Göygöl Rayon Mərkəzi Xəstəxanasının direktoru Vasif Əliyev, Goranboy Rayon Suvarma Sistemləri İdarəsinin müdiri İlqar Məmmədov Göygöl Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Əlikömək Alıyev və həmin xəstəxananın həkimi Rəşad Əkbərov və daha 4 nəfər barəsində rüsvayedici məlumatlar yaymaqla hədə-qorxu gələrək pul tələb etdiyinə görə tutulmuşdu.

Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülmüşdü./Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026