• Bakı 23° C

    4.75 m/s

Şəbnəm həmkarını hədələdi: “Başın əziləcək”

MƏDƏNİYYƏT

07 Fevral 2024 | 09:31

Şəbnəm həmkarını hədələdi: “Başın əziləcək”

Müğənni Şəbnəm Tovuzlu və Cənubi azərbaycanlı həmkarı Peyman Keyvani arasında mahnı qalmaqalı yaşanıb.

Bakıvaxtı.az xəbər verir ki, Şəbnəm həmkarının “Dumanlı şəhər” mahnısını ifa edib.

Mahnı bir gün ərzində trendə düşərək, ön pillələri zəbt edib. Bu isə Peymanın xoşuna gəlməyib.

Keyvani Şəbnəmin onun mahnısını icazəsiz oxuduğunu iddia edərək, Tovuzlunu məhkəməyə verəcəyini bildirib.

Peymanın bu iddialarından əsəbləşən Şəbnəmsə onu hədələyib:

“Haqqımda danışıqlarına fikir ver. Məhkəməyə verəcəyini deyirsən. Verməyən kişi deyil. Etdiyin söyüşlərə görə görə başın ağrıyacaq. Sənin başın əziləcək!”

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026