Məşhur aktyor Kolin Firtinin 1995-ci ildə“Qürur və qərəz” serialında geyindiyi köynək Londonda keçirilən hərracda satışa çıxarılıb.
Bakıvaxtı.az NTV-yə istinadən xəbər verir ki, köynəyin ilkin qiymətinin 10 min funt-sterlinq olacağı proqnozlaşdırılır.
Satılacaq digər kostyum isə Harri Potter filmləri ilə tanınan Helen Makkorinin “Peaky Blinders” serialında canlandırdığı Polly Greyin paltarıdır.
Ümumilikdə 60-dan çox kino və televiziya kostyumunun satılacağı hərracdan əldə olunan gəlir xeyriyyə təşkilatlarına veriləcək.
Günəş Mərd




















