Fevralın 16-da 9-cu studiya albomunu təqdim edən müğənni Cennifer Lopez qastrol səfərinə gedəcəyini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, ifaçının "This Is Me... Now the Tour" adlı tur üçün Amerikada verəcəyi 34 konsert tarixi açıqlanıb.
Müğənni ötən gün bilet satışları qane etmədiyi üçün qastrol səfərinin adını dəyişib. Onun turunun yeni adı “This Is Me… Live | The Greatest Hits"dir.
İfaçının maraqla gözlənilən yeni turu iyunun 26-da başlayacaq.
Qeyd edək ki, Lopez pərəstişkarları ilə sonuncu dəfə 2019-cu ildə “It's My Party” turu zamanı görüşmüş və 37 konsert vermişdi.
Günəş Mərd
















