• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Şəbnəmdən etiraf: “Övladlıq veriblər” - VİDEO

MƏDƏNİYYƏT

26 May 2021 | 11:35

Şəbnəmdən etiraf: “Övladlıq veriblər” - VİDEO

ARB TV-nin “Onun Sirri” verilişinin növbəti qonağı ifaçı Şəbnəm Tovuzlu olub.

Bakıvaxtı.az xəbər verir ki, müğənni ondan gizlədilən bacısından danışıb:

“Bacım olduğunu dəqiq bilirəm. Lakin məlumatım yoxdur. Məndən gizlədirlər. O da məndən xəbərsizdir. Adı Sevildir. Məndən yaşda böyükdür. Övladlıq veriblər. Hamı bu məsələni inkar edir. Bircə xalam və xalam qızından başqa. Bacım da məndən xəbərsizdir, onun da bilməyini istəmirlər”.

İfaçı efir vasitəsi ilə bacısı ilə bağlı müraciət də edib:

“Buradan kimlərə müraciət etdiyimi yaxşı bilirlər. İllərdir gizlətmisiniz, mənim bir parçamdırsa, onu məndən gizlətməyin. Mənə deyin. Söz verirəm ki, ona bildirmərəm. Həyatda iki arzum var. Biri anamın yuxuma girməsidir. Digəri isə bacımı görmək”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026