• Bakı 14° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.8945

    RUB - 2.1118

Səhiyyə Nazirliyində yeni TƏYİNATLAR

CƏMİYYƏT

22 Iyun 2023 | 16:36

Səhiyyə Nazirliyində yeni TƏYİNATLAR

Səhiyyə Nazirliyində yeni təyinatlar olub.

Bu barədə Bakıvaxtı.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsinə Qulu Xəlilov təyin edilib. Eyni zamanda, şöbənin İctimaiyyətlə əlaqələr sektoru Elvin Hacıyevə, Media ilə iş sektoru isə Nigar Həmzəyevaya həvalə olunub.

Məlumat üçün bildirək ki, nazirliyin Media və kommunikasiya şöbəsinin müdiri Pərviz Abubəkirovdur.

Q.Xəlilov “Qafqazinfo”ya açıqlamasında təyinatı təsdiqləyib. Uzun müddət media sahəsində çalışan biri kimi növbəti mərhələdə də jurnalistlərlə sıx əməkdaşlıq çərçivəsində işləyəcəyini vurğulayıb.

Qeyd edək ki, Q.Xəlilov əvvəllər  “7 gün”, “İmpuls” qəzetlərində çalışıb, Əmlak Məsələləri üzrə Dövlət Komitəsində və bir sıra dövlət qurumlarında müxtəlif vəzifələrdə çalışıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Oktyabr 2026