• Bakı 10° C

    4.45 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Ermənilər “Laçın” SBM-dən maneəsiz keçdilər - VİDEO

CƏMİYYƏT

22 Iyul 2023 | 15:24

Ermənilər “Laçın” SBM-dən maneəsiz keçdilər - VİDEO

Bu gün Laçın-Xankəndi yolunun başlanğıcında qurulmuş sərhəd-buraxılış məntəqəsindən növbəti dəfə Qarabağda yaşayan ermənilərin keçidi təmin edilib.

Bakıvaxtı.az xəbər verir ki, kadrlarda Qarabağın erməni sakinlərinin sənədlərinin yoxlanıldığı əks olunub.  

Videodan da göründüyü kimi, Qarabağın erməni sakinləri sərbəst və təhlükəsiz şəkildə, Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin əməkdaşlarının müşayiəti ilə “Laçın” SBM-dən keçirlər.

Qeyd edək ki, 10 Noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı birləşmələrinə qanunsuz olaraq canlı qüvvə, sursat, mina və digər hərbi texnikanın keçirilməsinin qarşısının alınması məqsədilə aprelin 23-də Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Azərbaycanın suveren ərazilərində, Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-keçid məntəqəsi yaradılıb. /Trend

13:24

Bu gün, iyulun 22-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşayiəti ilə 31 nəfər erməni sakin Xankəndi-Gorus istiqamətində yola düşüb.

Bakıvaxtı.az xəbər verir ki, “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçərkən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bütün zəruri sərhəd və gömrük prosedurlarına riayət olunub.

Keçidin kadrlarını “Caliber” “Telegram” kanalı yayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026