• Bakı 25° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Qarabağı 3 qrup erməni tərk edə bilər

CƏMİYYƏT

21 Avqust 2023 | 14:36

Qarabağı 3 qrup erməni tərk edə bilər

"Qarabağı 3 qrup erməni tərk edə bilər"

Bakıvaxtı.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, birinci qrupa Ermənistan ordusunun həbrçiləri daxildir: "Azərbaycan Laçın yolunu nəzarətə götürdükdən sonra onların hərbi formada geri dönüşü mümkün deyil. Onlar eyni zamanda Qarabağda qalmaq istəmirlər. Belələri hərbi formalarını mülki geyimə dəyişərək Ermənistan pasportu ilə Qarabağı tərk edə bilərlər".

Onun sözlərinə görə, ikinci qrupa Rusiya pasportu olan Qarabağ erməniləri aiddir: "Onlar da Rusiyaya köçməyə üstünlük verə bilərlər. Üçüncü qrupa Qarabağ ermənilərinin özləri aiddir. Bu o ermənilərdir ki, Azərbaycan qanunları ilə yaşamaq istəmirlər. Bu ermənilər onu da anlamağa başlayıblar ki, yaxın gələcəkdə Azərbaycan qanunları ilə yaşamayacaqlarsa, Qarabağda həyatlarını davam etdirə bilməyəcəklər və ona görə indinə bölgəni tərk etməyə başlayıblar. Axtarışda olan caniləri çıxmaq şərtilə bu 3 qrupa Azərbaycan ərazisini tərk etməyə şərait yaradılması doğru strategiyadır".

E.Şahinoğlu "Bəli, köç başlayıb, ancaq bu hələ ki, kütləvi şəkil almayıb. Elə etməliyik ki, yad ünsürlər və Azərbaycan qanunları ilə yaşamaq istəməyənlərin ərazimizi tərk etmələri sürətlənsin", - deyə vurğulayıb.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026