• Bakı 12° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Polis əməkdaşı Seyfi Abdullayev dəfn edildi - YENİLƏNİB

CƏMİYYƏT

20 Sentyabr 2023 | 13:30

Polis əməkdaşı Seyfi Abdullayev dəfn edildi - YENİLƏNİB

Sentyabrın 19-da Füzulidə yol qəzasında həlak olan polis əməkdaşı, 1994-cü il təvəllüdlü Abdullayev Seyfi Fəqan oğlu dəfn edilib.

Bakıvaxtı.az xəbər verir ki, o, Qəleybuğurd kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun hüquq-mühafizə orqanları əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri və şəhid ailələri iştirak ediblər.

 

12:36

Sentyabrın 19-da Füzulidə yol qəzasında həlak olan polis əməkdaşı, 1994-cü il təvəllüdlü Abdullayev Seyfi Fəqan oğlu ilə vida mərasimi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, onun cənazəsi bu gün Şamaxı şəhərindəki Cümə məscidinə gətirilib. Məscidddə cənazə namazı qılındıqdan sonra dəfn oluması üçün Şamaxının Qəleybuğurd kəndində, mərhunun ata yurduna gətirilib.

Vida mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun hüquq-mühafizə orqanları əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri iştirak ediblər.

Mərhum Seyfi Abdullayevin Qəleybuğurd kənd qəbiristanlığında torpağa tapşırılması nəzərdə tutulur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026