Havalar soyuduqca fiziki aktivlik azalır və hərəkətsizlik şişkinliyə, bədəndə ağırlığa səbəb olur. Belə olan halda şişkinliyi necə aradan qaldırmaq olar?
Bakıvaxtı.az xəbər verir ki, mütəxəssislər bu problemi aradan qaldırmaq üçün araşdırmalar aparıb. Belə nəticəyə gəlinib ki, 6 yolla şişkinliyi və ağırlığı aradan qaldırmaq olar.
Su içmək - Bədəninizdəki şişlik və ağırlıqdan qurtulmağın əsas yollarından biri gün ərzində ən azı 2 litr su istehlak etməkdir.
Fiziki aktivlik - Daha az aktiv həyat tərziniz varsa, şişkinlik yaşama ehtimalınız artır. Bu səbəbdən yeməkdən sonra və ya gün ərzində aktiv olmaq və gəzintiyə çıxmaq vacibdir.
Qidalanmaya diqqət - Çiy qidaların istehlakı həzm problemlərinə və şişkinliyə səbəb ola bilər. Bu səbəbdən pəhrizinizdə çiy qidaları bir müddət kənara qoyub, yerinə bişmiş qidaları seçmək faydalı ola bilər.
Yaşıl çay içmək - Sidikqovucu təsiri ilə tanınan yaşıl çay gündə bir stəkan içmək lazımdır. Bu şişkinliyin öhdəsindən gəlməyə kömək edə bilər.
Alma sirkəsi - Mədə turşusunu artırmağa kömək edən alma sirkəsi həzm üçün də çox faydalıdır. İki xörək qaşığı alma sirkəsini bir stəkan suda qarışdırıb istehlak etmək həzmi aktivləşdirməyə və şişkinliyi azaltmağa kömək edəcək.
Stresdən və gərginlikdən xilas olun - Uzun müddət stresə məruz qaldığınız zaman ilk növbədə bağırsaq sağlamlığınız təsirlənir. Bağırsaq sağlamlığının zədələnməsi də şişkinlik problemləri yaşamanıza səbəb olur. Ancaq gün ərzində qısa gəzintilər və nəfəs məşqləri kimi fəaliyyətlərlə stressi idarə etməyi öyrənsəniz, şişkinlik probleminiz azala bilər.
Xəyalə Rza
















