“Gündəlik istifadə edilən, un, duz kimi məhsulların saxlanılma müddəti olmalıdır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin 2023-cü il 20 oktyabr tarixli iclasında Eldar Quliyev deyib.
“Bunlar ən çox istifadə olunan məhsullardır, lakin neçə müddət istifadə edilməli olduğunu bilmirik. İnsanların bilməsi üçün bu, məhsulun üzərində yazılmalıdır. Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikası qanununun layihəsinə məhsulların neçə müddət sonra dəyişdirilməli olduğu və qeyd etdiyim məsələ də əlavə olunmalıdır”.
Aytac Aslan















