• Bakı 15° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

BMT-nin sülhəramlıları 8 türk polisini yaraladı: Kiprdə nə baş verir? - AÇIQLAMA

CƏMİYYƏT

21 Avqust 2023 | 12:48

BMT-nin sülhəramlıları 8 türk polisini yaraladı: Kiprdə nə baş verir? - AÇIQLAMA

Pile-Yiğitler yolu birdən dünyanın gündəminə düşdü.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Sülhməramlı Qüvvələrinin Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) ərazisində Pile-Yiğitlər yolunun tikintisinə müdaxilə edib. Pile-Yiğitler yolunun tikintisi zamanı BMT Sülhməramlı Qüvvələrinin əsgərləri ilə qarşıdurmada 8 KKTC polisinin yaralandığı açıqlanıb.

Mövzu ilə Bakıvaxtı.az-a açıqlama verən politoloq Əziz Əlibəyli bildirib ki, BMT sülhməramlılarının beton bloklar qoyaraq qarşısını almağa çalışdığı layihənin icrası davam edir.

“Şimali Kipr Türk Cümhuriyyətinin türklərin və yunanların qarışıq yaşadığı Pile kəndinə keçidi asanlaşdırmaq üçün başlatdığı yol tikintisi işləri BMT-nin maneəsinə baxmayaraq davam edəcək. Sülhməramlılar da bu prosesdə zəif bənd kimi qalacaq. Türkiyə də prosesə açıq şəkildə qoşulduqda bu məsələdə daha ciddi nəticələr əldə olunacaq”, -deyə Ə.Əlibəyli bildirib.

O qeyd edib ki, sülhməramlıların fikizi təzyiq göstərməsi qəbuledilməzdir: “Yunan Kipirin nəzarətində olan türk kəndindən Şimali Kipr Türk Cümhuriyyətində asfalt yol çəkilməlidir. Türklər öz vətəndaşlarının, soydaşlarının asfalt yolundan istifadə etməsində qərarlıdır. Amma bunun qarşısını BMT-nin sülhməramlıları alırlar. İnsan haqları prizmasından məsələyə yanaşdıqda sülhmərmalıların fiziki təzyiq göstərməsi ədalətsizlikdir, haqsızıqdır”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026