• Bakı 24° C

    7.66 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Səmayə Məmmədova İŞDƏN ÇIXDI

CƏMİYYƏT

13 Dekabr 2021 | 12:28

Səmayə Məmmədova İŞDƏN ÇIXDI

Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə Əlaqələr və Maarifləndirmə şöbəsinin müdiri Səmayə Məmmədova BNA-dan ayrılıb. 

Bakıvaxtı.az xəbər verir ki, Azxeber.com məsələ ilə bağlı Səmayə Məmmədova ilə əlaqə saxlayıb.

Faktı təsdiqləyən S.Məmmədova  BNA-dan ayrılmaq qərarı verdiyini deyib: "Artıq ərizəmi rəhbərliyə də təqdim etmişəm. Dekabrın 30-u qurumda son iş günümdür".

Bundan sonra harada çalışacağı ilə bağlı sualaı cavablandıran C.Məmmədova bununla bağlı hələ qərar vermədiyini bildirib: "BNA-da işlədiyim dönəmlərdə də bir sıra qurumlardan PR mütəxəssisi olaraq dəvətlər almaqda idim. Dəqiq heç nə deyə bilməyəcəm. Bəlkə də, öz şəxsi işimi qurub bu istiqamətdə çalışacam. Bu gün mənim üçün ən önəmli olan PR sahəsində 22 illik təcrübəm əsasında yazdığım "Peşəkarlığın rəsmi" kitabının təqdimat mərasimidir. Sonrasını zaman göstərəcək".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026