• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Ermənilərin Kəlbəcərdəki təxribatının cəzası ağır oldu: İki post dağıdıldı...

CƏMİYYƏT

11 Yanvar 2022 | 23:00 | Müəllif: Qalib İbrahimoğlu

Ermənilərin Kəlbəcərdəki təxribatının cəzası ağır oldu: İki post dağıdıldı...

Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribata cavab olaraq Azərbaycan Ordusunun əsgərləri dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində düşmənin iki postunu dağıdıb.

Bakıvaxtı.az-ın oxu.az-a istinadən xəbər verir ki, əsgərlərimiz səkkiz nəfər düşmən hərbi qulluqçusunu məhv edib.

Görünən odur ki, son günlər baş verən hadisələr fonunda KTMT-yə müvəqqəti sədrlik edən Ermənistanın baş naziri Nikol Paşinyan eyforiyaya qapılıb və verdiyi qərarların məsuliyyətini dərk etməyəcək dərəcədə “başını itirib”.

Lakin Azərbaycan Ordusunun sayıqlığı hər zamankı kimi yüksək səviyyədədir və bundan sonra bir əsgərimizin əvəzinə ən az 8-10 erməni hərbçisi məhv ediləcəkdir.

Ermənistanın hərbi-siyasi rəhbərliyi təxribata cəhd edərkən mütləq bu nüansı göz önünə alsınlar!


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR