• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Daha bir erməni hərbçinin cəsədinin qalıqları tapıldı

CƏMİYYƏT

10 Fevral 2022 | 21:32 | Müəllif: Subhan Mahmudov

Daha bir erməni hərbçinin cəsədinin qalıqları tapıldı

İkinci Qarabağ müharibəsi zamanı ölən daha bir erməni hərbi qulluqçunun cəsədinin qalıqları tapılıb.

Bakıvaxtı.az erməni KİV-ə istinadən xəbər verir ki, cəsəd Xocavənd rayonu ərazisində aşkar edilib.

Cəsədin kimə məxsus olduğunu müəyyənləşdirmək üçün ekspertiza təyin edilib.

Bununla da, müharibədən sonra azad edilən Azərbaycan ərazilərindən tapılan erməni hərbi qulluqçulara məxsus cəsədlərin sayı 1710-a çatıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026