• Bakı 8° C

    2.18 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Şəmkirdə mağaza YANDI - YENİLƏNİB

HADİSƏ

01 May 2024 | 16:54

Şəmkirdə mağaza YANDI - YENİLƏNİB

Şəmkir rayonunun Düyərli kəndində yanğın olub.

Bakıvaxtı.az-a FHN-ə istinadən xəbər verir ki, bir-birinə bitişik tikilən müxtəlif təyinatlı obyektlərdən ümumi sahəsi 800 m² olan birmərtəbəli tikinti materialları satışı mağazasının yanar konstruksiyaları və dam örtüyü 480 m² sahədə, bitişik sahəsi 300 m² olan kafenin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Tikinti materialları satışı mağazasının və kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    ***

    15:33

    Şəmkirdə yanğın hadisəsi baş verib.

    Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Düyərli kəndində qeydə alınıb.

    Kənd ərazisində yerləşən inşaat materialları mağazasında anidən yanğın olub. Dərhal hadisə yerinə FHN əməkdaşları cəlb olunub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR