• Bakı 27° C

    8.59 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Şəmkirdə torpaq çöküb, iki nəfər xəsarət alıb - YENİLƏNİB

HADİSƏ

08 Iyun 2021 | 19:22

Şəmkirdə torpaq çöküb, iki nəfər xəsarət alıb - YENİLƏNİB

Şəmkir rayonunda baş verən hadisənin təfərrüatı məlum olub.

Bakıvaxtı.az-ın məlumatına görə, həyatyanı sahədə artezian quyusu qazılan zaman torpaq çökməsi baş verib.

Nəticədə iki nəfər torpağın altında qalıb. Sonra onların hər ikisi yaralı vəziyyətdə torpağın altından çıxarılıb. Yaralılar Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdiriliblər. Onların həyatı təhlükələri yoxdur.

Faktla bağlı araşdırma aparılır.

18:38

Şəmkir rayonunda torpaq sürüşməsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bir neçə nəfərin torpaq altında qalması ehtimal olunur.

Hazırda hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026