• Bakı 18° C

    7.79 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Şəmkirdə xəstəxanadan oğurluq edildi

HADİSƏ

18 Mart 2022 | 11:16

Şəmkirdə xəstəxanadan oğurluq edildi

Şəmkirdə xəstəxanadan oğurluq etməkdə şübhəli bilinən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bakıvaxtı.az-a verilən xəbərə görə, Şəmkir rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayon Mərkəzi Xəstəxanasının binalarının birindən ümumi dəyəri 4700 manat olan dam örtüklərini oğurlamaqda şübhəli bilinən rayon sakinləri - Qəşəm Hacıyev və Yusif Yunusov saxlanılıb.

Faktla bağlı Şəmkir RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026