• Bakı 19° C

    7.1 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Sərdar Berdiməhəmmədov Ərdoğanla görüşəcək

DÜNYA

25 Sentyabr 2023 | 11:06

Sərdar Berdiməhəmmədov Ərdoğanla görüşəcək

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Türkiyəyə səfəri gözlənilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkmənistan Prezidentinə ünvanladığı təbrik məktubunda qeyd olunub.

Berdiməhəmmədovu doğum günü münasibətilə təbrik edən Ərdoğan ikitərəfli formatda əməkdaşlığın dərinləşəcəyinə əminliyini ifadə edib:

“Sizi doğum gününüz münasibətilə Türkiyə xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, qardaş Türkiyə və Türkmənistan xalqlarının ortaq tarixi və mədəni köklərinə əsaslanan dostluq əlaqələri xalqlarımızın rifahı naminə daim möhkəmlənir.

Türkiyəyə planlaşdırdığınız səfər zamanı Sizi görməyə çox şad olaram”, – Ərdoğan yazıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026