• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ABŞ Yaxın Şərq ətrafına yeni qüvvələr yerləşdirir

DÜNYA

25 Oktyabr 2023 | 09:08 | Müəllif: Qalib İbrahimoğlu

ABŞ Yaxın Şərq ətrafına yeni qüvvələr yerləşdirir

Amerika Birləşmiş Ştatları Yaxın Şərq ətrafına əlavə olaraq, hava hücumundan müdafiə (HHM), onların daxilində raket əleyhinə sistemlər, həmçinin “Patriot” zenit raketləri kompleksləri ilə təhciz olunmuş hərbi qüvvələr yerləşdirir.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bunu Pentaqonun rəsmi nümayəndəsi Patrik Rayder deyib.

Yerləşdirilən əlavə texnikanın sayı barədə məlumatlar açıqlanmır. Bununla yanaşı yeni gətirilmiş qüvvələrin dislokasiya yerlərinin Yaxın Şərqdə olduğu bildirilib.

Rayder hava hücumundan müdafiə sistemlərin harada yerləşdirildiyi barədə də məlumat verməkdən imtina edib.

İsmayıl Alısoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026