Türkiyəli məşhur teleaparıcı Seren Serengil cərimələnib.
Bakıvaxtı.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Özbəkistan əsilli köməkçisi Gülnoza Mamatovanı döyməkdə ittiham olunan Seren Serengil barəsində məhkəmə 2 min 790 lirə cəza hökmü verib. Məhkmə qərarından sonra Serengil, "Sədəqəm olsun" deyə sosial media hesabından paylaşım edib.
Beykoz Respublika Prokurorluğunun hazırladığı iddianamədə qeyd edilib ki, Beykoz Ədli Tibb Şöbəsində hazırlanan 5 iyun 2020-ci il tarixli hesabatda şikayətçinin baş dərisində bənövşəyi-qırmızı ləkələr, kürəyində sıyrıqlar olduğu və şikayətçinin sadə tibbi müdaxilə ilə yaxşılaşa biləcək şəkildə yaralandığı bildirilir. İddianamadə təqsirləndirilən Serengilin "sadə xəsarət" maddəsi ilə 4 aydan 1 ilə qədər həbs olunmasını istənilirdi.
Qərardan sonra sosial media hesabında paylaşım edən Seren Serengil hadisəni izah edərək, onun haqqında deyilənləri bir daha təkzib edib.
Aytac Aslan

















