Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə aprelin 13-də saat 7 radələrində M.Ə.Rəsulzadə qəsəbəsində Bakı şəhər sakini N.Abdullayevin idarə etdiyi “Daewoo” markalı avtomobildə olan sərnişininin onu bıçaqla hədələyib 40 manat pulunu talaması barədə müraciət daxil olub.
Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tural Əliyev müəyyən edilərək saxlanılıb.
Rəsmi məlumata görə, hazırda Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
















