• Bakı 26° C

    5.51 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Şərti dayaq məntəqəsi tutuldu - VİDEO

CƏMİYYƏT

12 Yanvar 2024 | 10:09

Şərti dayaq məntəqəsi tutuldu - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, Azərbaycan Ordusunda komandir toplanışları davam edir.

Müdafiə Nazirliyindən (MN) Bakıvaxtı.az-a verilən məlumata görə, toplanışlarda iştirakçılara müxtəlif mühəndis maneələri və minaaxtaran vasitələri ilə bağlı ətraflı məlumat verilib, piyada və tank əleyhinə minaların zərərsizləşdirilməsi qaydaları izah edilib.

Bundan başqa, komandir heyətinə döyüş hazırlığı üzrə müxtəlif mövzularda məşğələlər nümayiş etdirilib. O cümlədən şərti dayaq məntəqəsinin normativlərə uyğun olaraq tutulması tapşırıqları yerinə yetirilib.

Qeyd edək ki, toplanışlarda əsas diqqət Azərbaycan Ordusunda komandir heyətinin fərdi hazırlığının və peşəkarlıq səviyyələrinin artırılması, eləcə də liderlik keyfiyyətlərinin təkmilləşdirilməsinə yönəldilib.

 


Şərti dayaq məntəqəsi tutuldu - VİDEOŞərti dayaq məntəqəsi tutuldu - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026