• Bakı 11° C

    1.42 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Şevçenkonun oğlu Ukrayna millisində

İDMAN

06 Mart 2024 | 22:53 | Müəllif: Subhan Mahmudov

Şevçenkonun oğlu Ukrayna millisində

Ukraynanın gənclərdən ibarət millisinin (U-19) AÇ-2024-ün seçmə mərhələsinin elit-raund oyunları üçün heyəti müəyyənləşib.

Bakıvaxtı.az sözügedən ölkənin futbol assosiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, gənclər komandasının baş məşqçisi Dmitri Mixaylenko ilk dəfə olaraq hazırda "Uotford"da çıxış edən və bu yaxınlarda Ukrayna pasportu alan, UFA-nın prezidenti Andrey Şevçenkonun oğlu Kristianı da çağırıb.
 
Qeyd edək ki, Ukrayna elit-raundda İsveçrə, Şimali Makedoniya və Latviya ilə qarşılaşacaq. Mini-turnirin ev sahibi Şimali Makedoniya olacaq, kvartetin görüşləri martın 20-26-da Skopyedə baş tutacaq. Ukrayna ilk oyununu martın 20-də məhz meydan sahiblərinə qarşı keçirəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026