İspaniyanın "Sevilla" klubu İngiltərə təmsilçisi "Tottenham"in hücumçusu Alexo Velisi transfer edib.
Bakıvaxtı.az xəbər verir ki, müqavilə 2023/2024 mövsümünün sonuna qədər satın alma hüququ olmadan icarəni nəzərdə tutur.
19 yaşlı argentinalı "Tottenham"ə 2023-cü ilin yayında "Rosario Sentral"dan 15 milyon avroya keçib.
Qeyd edək ki, Alexo Velis bu mövsüm İngiltərə Premyer Liqasında 8 oyun keçirib və 1 qol vurub.















