• Bakı 19° C

    2.98 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Şeyxülislam Bəhreynə gedəcək

CƏMİYYƏT

01 Noyabr 2022 | 10:19 | Müəllif: Qalib İbrahimoğlu

Şeyxülislam Bəhreynə gedəcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Misir Ərəb Respublikasının nüfuzlu “Əl-Əhram” qəzetinə müsahibə verib.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycanın və bütün Qafqaz müsəlmanlarının dini lideri, Müsəlman  Ağsaqqallar Şurasının üzvü müsahibəsində dəvət aldığı Bəhreyn Dialoq Forumunun bəşəri qardaşlıq və birgəyaşayış yolunda mühüm addım olduğunu bildirib.

QMİ sədri qeyd edib ki, bizim hamımız “İnsan qardaşlığı” sənədinin Əl-Əzhər Əl-Şərifin Şeyxi, Müsəlman Ağsaqqalları Şurasının sədri Dr. Əhməd Əl-Tayib həzrətləri və Roma Katolik Kilsəsinin başçısı, Zati-müqəddəsləri Roma Papası Fransisk tərəfindən 2019-cu ildə Əbu-Dabidə imzalandığının şahidiyik: “Bu, təkcə müsəlmanlar və xristianlar arasında deyil, həm də müxtəlif din və inanclara malik bütün xalqlar arasında birgəyaşayış və qarşılıqlı hörmət ideyasının gerçəkləşməsində böyük töhfədir”.

Azərbaycan və bütün Qafqaz müsəlmanlarının dini lideri, Müsəlman Ağsaqqallar Şurasının üzvü əlavə edib ki, iki böyük dini liderin imzaladığı bu mühüm sənədin prinsiplərini aktivləşdirmək, eləcə də onu ən yüksək beynəlxalq və vətəndaş cəmiyyətləri səviyyəsində dəstəkləyərək inkişaf etdirmək zəmanəmizin zəruri tələbidir.  Uca Allahdan yer üzünə sülh və firavanlıq bəxş etməsini diləyən, insan qardaşlığına xeyirli dualar edən Şeyxülislam Allahşükür Paşazadə onu da vurğulayıb ki, Bəhreyn Forumu bəşəriyyətin qardaşlığı yolunda tarixi əhəmiyyət kəsb edən daha bir mühüm addım kimi xatirələrdə qalacaq.

Xatırladaq ki, Bəhreyn Krallığında  bu il noyabrın 3-də və 4-də Kral Əlahəzrət Həməd bin İsa Al Xəlifənin himayəsi altında “İnsanların Birgəyaşayışı üçün Şərq və Qərb” adlı Bəhreyn Dialoq Forumu keçiriləcək. Əl-Əzhər Əl-Şərif Şeyxi, Müsəlmanlar Ağsaqqallar Şurasının sədri, Əl-İmam Əl-Əkbər Prof. Dr. Əhməd Ət-Tayib və Roma  Papası Fransisk həzrətlərinin iştirak edəcəyi Forumda dünyanın 200-ə yaxın müxtəlif dini liderləri və təmsilçiləri, elm xadimləri və media nümayəndələri dəvət olunub. QMİ sədri də bu nüfuzlu tədbirə dəvət alan fəxri qonaqlar sırasındadır.

Forum Müsəlman Ağsaqqallar Şurası, Bəhreyn Krallığının İslam İşləri üzrə Ali Şurası və Kral Həməd adına Sülh içində Birgəyaşayış Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026