Ukrayna Şiçali Koreya əsgərlərinin Rusiya ordusunda Ukraynaya qarşı döyüşdüyünü iddia edir.
Bakıvaxtı.az “Haber Global”a istinadla xəbər verir ki, Ukrayna hakimiyyəti bununla bağlı video yayımladı.
Videoda Şimali koreyalı olduğu bildirilən onlarla əsgərin rus hərbi geyimləri almaq üçün növbəyə durduğu görünür.
Qeyd edək ki, bugünlərdə Ukrayna hakimiyyəti hərbi kəşfiyyat rəisi Rusiyanın şərqində təxminən 11 min Şimali Koreya piyadasının təlim keçdiyini bildirib.
tərəfindən yayımlanan videoda Şimali Koreya əsgərlərinin çanta, paltar və digər əşyaları toplamaq üçün növbəyə düzüldüyü bildirilir.
"Biz bu videonu öz mənbələrimizdən almışıq. Videoda Şimali Koreya vətəndaşlarının Rusiya hərbçilərinin göstərişi ilə Rusiya geyimlərini aldığı açıq-aydın görünür", - deyə Ukrayna Strateji Rabitə və İnformasiya Təhlükəsizliyi Mərkəzinin direktoru İqor Solovey bildirib.
Ukrayna üçün bu video Şimali Koreyanın müharibəyə təkcə silah və sursatla deyil, həm də şəxsi heyəti ilə qatıldığını göstərən ilk əyani sübut olduğu üçün vacibdir.
Şimali Koreya qoşunlarının əsl mənşəyini gizlətmək üçün “Buryat batalyonları” (Rusiyanın Uzaq Şərqindəki monqol etnik qrupunun adını daşıyır) adlandırıldığı deyilir. Mərkəz bu görüntülərin rus əsgəri tərəfindən çəkildiyini iddia edir.
Kreml isə Pxenyanın əsgər göndərməsi ilə bağlı xəbərləri təkzib edib və onları “saxta xəbər” kimi qiymətləndirib.
Mirad Məmmədli






jpg-1732089479.webp)






