• Bakı 11° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Çin ABŞ müdafiə naziri ilə görüşməkdən imtina edib

DÜNYA

20 Noyabr 2024 | 11:42 | Müəllif: Gülşən Şərif

Çin ABŞ müdafiə naziri ilə görüşməkdən imtina edib

Çin Cənub-Şərqi Asiyada keçirilən konfransda ABŞ-nin müdafiə naziri Lloyd Ostinlə görüşməkdən imtina edib. 

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, Ostin ABŞ və Çin arasında hərbi kommunikasiya xətlərini saxlamaq üçün uzun müddətdir davam edən səylərin bir hissəsi olaraq çinli həmkarı Dong Jun ilə Laosda görüşməyə çalışıb. 

Lakin Çin Tayvana son silah satışını əsas gətirərək təklifi qəbul etməyib.

Qeyd edək ki, üç həftə əvvəl ABŞ Tayvana 2 milyard dollarlıq silah satışını, o cümlədən müasir yer-hava raketlərinin ilk çatdırılmasını təsdiqləyib. Çin dərhal müqaviləni tənqid edərək, suverenliyini qorumaq üçün güclü əks tədbirlər görəcəyini bildirib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR