• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Simonyana qarşı cinayət işi açıldı

DÜNYA

01 Aprel 2024 | 16:09 | Müəllif: Subhan Mahmudov

Simonyana qarşı cinayət işi açıldı

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) RT telekanalının, "Rossiya Seqodnya"nın və Sputnik agentliklərinin baş redaktoru Marqarita Simonyana qarşı cinayət işi açıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə SBU-nun mətbuat xidməti Telegram kanalında məlumat yayıb.

SBU-nun məlumatına görə, Simonyan “2023-cü ilin dekabrında ukraynalı uşaqların kütləvi şəkildə öldürülməsinə” çağırıb və həmçinin “Ukraynanın mülki infrastrukturuna raket və bomba hücumlarının davam etdirilməsi üçün dəfələrlə kampaniya aparıb”.

Qeyd olunur ki, SBU müstəntiqləri Simonyanı Ukrayna Cinayət Məcəlləsinin dörd maddəsi, o cümlədən “soyqırım” və “Ukraynanın ərazi bütövlüyü və toxunulmazlığına qəsd” maddələri ilə şübhəli biliblər.

"Şübhəli şəxs Rusiya ərazisində olduğu üçün onun məsuliyyətə cəlb edilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir”, - deyə idarənin açıqlamasında bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026